Maddələrdə elektronların paylanmasının xarakterinə görə kimyəvi rabitənin üç əsas tipi ayırd edilir: .
1. Kovalent rabitə
3. Metal rabitəsi
4. Hidrogen rabitəsi
Kovalent rabitə elektromənfilikləri eyni olan və ya elektromənfilikləri az fərqlənən qeyri-metal atomları arasında yaranır.
Molekulların əksəriyyətinin əmələ gəlməsi kovalent rabitənin yaranması ilə bağlıdır. Kovalent rabitə nəzəriyyəsinin əsas mahiyyətini qarşılıqlı kimyəvi təsirdə olan elementlərin xarici davamlı elektron konfiqurasiyasının əmələ gəlməsi təşkil edir. Lakin kovalent rabitənin yaranması zamanı elektronun bir element atomundan digər element atomuna tam keçidi baş vermir. Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının tək elektronları olan orbitalların bir-biri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da hər iki atoma eyni dərəcədə aid olub, onların arasında rabitənin yaranmasını şərtləndirir.
Ümumi (əlaqələndirici) elektron cütünün əmələ gəlməsi ilə yaranan kimyəvi rabitəyəkovalent və ya atom rabitəsi deyilir.
Əlaqələndirici (ümumi) elektron cütünün yaranmasında iki atom iştirak edir və onun əmələ gəlməsi üçün hərəsi bir elektron verir. Bu elektronlar hər iki atomun xarici elektron təbəqəsində yerləşir.
A· + ·В → А: В
Ümumi elektron cütünü, əsasən, rabitə yaradan atomların cütləşməmiş (tək↓) elektronları əmələ gətirir. Bu zaman cütləşən elektronlar antiparalel spinlərə (⇅) malik olmalıdır. Yəni elektronların eyni orbitalda (⇈) və (⇊) şəklində yerləşməsi mümkün deyil.
Yalnız bu şərt daxilində iki atomun elektron buludları bir-birini örtərək nüvələrarası elektron sıxlığını artırır və onun vasitəsilə iki nüvə cəzb olunub, davamlı molekul əmələ gətirir.
H2, N2, O2, F2, Cl2, HCl, H2O və s. molekullanmn yaranmasının elektron cütləri ilə göstərilmiş formuluna, adətən, molekulun elektron formulu deyilir.
İkiatomlu bəsit maddələrin molekulunda cütləşməmiş (tək) elektron olmur, çünki tək elektronların cütləşməsi hesabına molekul əmələ gəlir. Mənfi yüklü ionlarda da (məsələn, N3-, P3-, Cl-, F-, Br-, I-, S2-və s.) tək elektron olmur. Neytral atom elektron alaraq tək elektronlarını cütləşdirir və aldığı elektronların hesabına mənfi yüklənir.
Elektromənfilikləri ilə az fərqlənən element atomları arasında yaranan kovalent rabitəyə aşağıdakıları misal göstərmək olar.
Kovalent rabitə universal xarakter daşıyan lokallaşmış ikielektronlu, ikimərkəzli rabitədir. Lokallaşmış rabitə dedikdə məhdud sayda yalnız iki atom arasında təsir göstərən rabitə başa düşülür.
Bir kovalent rabitəni bir elektron cütü əmələ gətirir. Yəni kovalent rabitəni qoşa nöqtə və ya xətt ilə göstərirlər.
Casino - DrmCD
ОтветитьУдалитьDrmCD is an 구미 출장안마 independent research agency. It provides information about 속초 출장마사지 the 김해 출장안마 quality of training, support and information for new 화성 출장안마 clients. We assist Rating: 3.9 · 22 의왕 출장안마 reviews