1. Əks spinli elektronların qoşalaşması (cütləşməsi) ilə (mübadilə mexanizmi);
2. Donor-akseptor mexanizmi ilə.
Mübadilə mexanizmi ilə kovalent rabitə atomların əks spinli tək elektronlarının cütləşməsi (şərikləşdirilməsi) yolu ilə yaranır və həmin proses elektron buludlarının qapanması (bir-biri ilə örtülməsi) kimi təsəvvür olunur. Bu halda əmələ gələn rabitələrin sayı şərikli elektron cütlərinin və yaxud hər bir atoma məxsus tək elektronların sayına bərabərdir.
Neytral atomda mübadilə mexanizmi ilə kovalent rabitə yaradan elektronların sayı tək elektronların sayına bərabərdir.
Donor-akseptor mexanizmi ilə əmələ gələn rabitə bölünməmiş (istifadə edilməmiş) elektron cütü və boş orbitallar arasında yaranır. Bu, sxematik şəkildə belə göstərilir:
Burada özünün bölünməmiş elektron cütünü ümumi istifadə üçün təqdim edən A atomu donor, boş orbitalının vasitəsilə hazır elektron cütünə ortaq olan B atomu isə akseptor adlanır. Bu yolla əmələ gələn kovalent rabitə donor-akseptor və ya koordinasiya rabitəsi də adlanır. Kimyəvi rabitənin bu növü 1893-cü ildə kompleks birləşmələrin koordinasiya nəzəriyyəsini yaratmış A.Verner tərəfindən kəşf edilmişdir və bununla əlaqədar olaraq, donor-akseptor rabitəsi əvvəllər koordinativ rabitə adlandırılmışdır.
Donor-akseptor mexanizmi ilə əmələ gələn rabitəyə misal kimi ammonium ionunun, dəm qazının, hidroksonium ionunun (H3O+) əmələ gəlmə sxemini göstərmək olar. Ammonyakdakı (NH3), azot atomunun bölünməmiş elektron cütü iki nöqtə ilə, hidrogen ionunun (H+) boş orbitalı dördbucaqlı □ şəklində işarə edilərsə, onda ammonium ionunun əmələgəlmə sxemini aşağıdakı kimi göstərmək olar.
Hidroksonium ionunun (H3O+) əmələ gəlməsi:
Qeyd! Donor akseptor rabitəsi əmələ gələrkən donor atomun valentliyi bir vahid artır, oksidləşmə dərəcəsi isə oldugu kimi qalır.
Комментариев нет:
Отправить комментарий